Dünyada koronavirusa yoluxanların sayı açıqlanıb

23:09 - 5 Aprel 2021 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 561 mindən çox artıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 561 783 nəfər yeni koronavirusa yoluxub, 8 196 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 131 020 967, ölənlərin isə 2 850 521 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər xətti