Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur.
Kult.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Xatirə İslam sosial şəbəkədə qeyd edib.
Sənətçi toyların keçirilməsinə icazə verilməsini istəyib:
"Bunlar nə vaxta qədər davam edəcək? Toylara ya icazə verilməlidir, ya da qanunsuz keçirilənlərin qarşısı alınmalıdır".
Müğənni gizlin şəkildə toylara dəvət edildiyini də vurğulayıb:
"Dostlarımdan, tanışlarımdan da xahiş edirəm ki, məni gizli təşkil etdikləri toylara çağırmasınlar. Çünki qayda-qanun adamıyam, iştirak etdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün”.