Ucnoqta.az
www.ucnoqta.az

Bir gündə 500-dən çox gizli toy olur - Müğənnidən <font color=red><b>ŞOK açıqlama</b></font>

18:00 - 5 Aprel 2021 tarixində dərc olunub.

Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur.

Kult.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Xatirə İslam sosial şəbəkədə qeyd edib.
Sənətçi toyların keçirilməsinə icazə verilməsini istəyib:

"Bunlar nə vaxta qədər davam edəcək? Toylara ya icazə verilməlidir, ya da qanunsuz keçirilənlərin qarşısı alınmalıdır".

Müğənni gizlin şəkildə toylara dəvət edildiyini də vurğulayıb:
"Dostlarımdan, tanışlarımdan da xahiş edirəm ki, məni gizli təşkil etdikləri toylara çağırmasınlar. Çünki qayda-qanun adamıyam, iştirak etdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün”.

Müəllif: