İraqda ABŞ hərbçilərinin olduğu baza raket atəşinə tutulub

21:22 - 4 Aprel 2021 - DÜNYA

ABŞ hərbçilərinin yerləşdirildiyi İraq ordusuna məxsus baza raket atəşinə məruz qalıb.

Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb. Məlumata əsasən, yerli HHQ qüvvələrinin bazasına iki raket atılıb.

İraq təhlükəsizlik qüvvələrinin açıqlamalarına görə, hər iki raket bazaya çatmayaraq, yaxınlıqda yerə düşüb.
Hücum nəticəsində hərbi bazaya heç bir zərər dəyməyib.///oxu.az

Xəbər xətti