Türkiyədə koronavirusa sutkalıq yoluxmada növbəti dəfə rekord qeydə alınıb

00:43 - 4 Aprel 2021 - DÜNYA

Türkiyədə koronavirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.

APA-nın yerli bürosunun Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə 44 756 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. İndiyədək ölkədə 3 445 052 nəfər koronavirusa yoluxub.
Son sutkada bu infeksiyadan 186 ölüm təsdiqlənib.

Hazırda 2231 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusdan ölənlərin sayı 32 087 nəfərə çatıb.

Qeyd edək ki, son bir həftədə Türkiyədə COVID-19 infeksiyasının vilayətlər üzrə yayılma sürəti hər 100 min nəfərə görə İstanbulda 591.45, Ankarada 272.79, İzmirdə isə 218.88 nəfər olub.

Xəbər xətti