Gürcüstanda teatr və kinoteatrlar tamaşaçılar üçün açılıb

09:27 - 1 Aprel 2021 - DÜNYA

Bu gündən Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan bir neçə məhdudiyyət aradan götürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, teatr tamaşaları və idman yarışlarının tamaşçıların iştirakı ilə keçirilməsinə icazə verilib.
Bundan başqa, uşaq əyləncə mərkəzləri və kinoteatrların da fəaliyyəti bərpa olunub.

Qonşu ölkədə saat 21:00-dan 05:00-dək tətbiq edilən komendant saatı, açıq havada və ictimai nəqliyyatda qoruyucu maskadan məcburi istifadə tələbi qüvvədə qalmaqda davam edir.

Xəbər xətti