Sakit okeanın dibi ilə 15 min kilometrlik kabel çəkiləcək

19:05 - 29 Mart 2021 - DÜNYA

İndoneziya, Sinqapur və ABŞ şirkətləri Sakit okeanın dibi ilə telekommunikasiya kabeli çəkəcək.

Cənub-Şərqi Asiyanı ABŞ-la birləşdirən kabel 5G texnologiyalı rabitə xidmətlərini təmin edəcək.
Uzunluğu 15 min kilometr olacaq kabelin çəkilişi 2024-cü ilədək başa çatacaq və Sakit okeanda ən iri layihə olacaq.

Kabel ABŞ-ın qərb regionları ilə İndoneziya, Filippin və Sinqapuru əlaqələndirəcək.

Xəbər xətti