Alimlər Çində koronavirusun mənşəyini araşdırdı - NƏTİCƏ

12:19 - 29 Mart 2021 - DÜNYA

Çində aparılan elmi araşdırmaların nəticəsində çinli alimlər və Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri belə qənaətə gəliblər ki, yeni növ koronavirus yarasalardan insanlara başqa bir heyvan vasitəsilə keçib.

“Associated Press” bu barədə alimlərin hələlik dərc olunmamış hesabatına istinadən məlumat yayıb.
Sözügedən heyvanın hansı növə aid olmasını müəyyən etmək hələlik mümkün olmayıb. Lakin bunun kərtənkələ, pişik və ya su samuru ola biləcəyi ehtimal olunur. Alimlər virusun yarasalardan birbaşa insana keçməsi ehtimalını çox zəif hesab ediblər. Lakin yarasaların virusu dondurulmuş məhsulların üzərinə “atması” da istisna edilmir.

Alimlərin virusun laboratoriyadan sızma nəticəsində meydan gəlməsi versiyasından imtina etdikləri qeyd olunur. Bununla belə, virusun mənşəyi ilə bağlı araşdırmalar davam edəcək.

Xəbər xətti