Rusiyada koronavirusdan ölənlərin sayı 97 740 nəfərə çatıb

13:09 - 28 Mart 2021 - DÜNYA

Rusiyada son sutka ərzində daha 9088 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 519 832 nəfərə çatıb.
Son sutka ərzində 336 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 97 740 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Xəbər xətti