Alimlər kosmosda həyatın yaranması üçün "ideal beşik" aşkarlayıblar

22:10 - 24 Mart 2021 - DÜNYA

Kampinas Universitetindən (San-Paulu ştatı, Braziliya) olan alimlərin fikrincə, Saturnun ən böyük peyklərindən birində həyatın meydana gəlməsi üçün şərait yarana bilər. Tədqiqatın nəticələri "Science" nəşrində dərc edilib.

Ucnoqta.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın nəticələrinə görə, Titanın səthi üzvi karbohidrogenlərlə, habelə buz qatı ilə örtülüdür. Buz qatının altında - peykin səthindən təqribən yüz kilometr aşağıda okean yerləşir.

Alimlərin gəldiyi qənaətə görə, peyklə toqquşan asteroid və ya kometa buz qatını deşə bilər ki, bu da yaranmış kraterdə su ilə üzvi maddənin qarışmasına səbəb olar. Bütün bunlar birhüceyrəli orqanizmlərin yaranmasına gətirib çıxara bilər, çünki isti su müvafiq proses üçün ən münbit şəraiti yaradır.

Xəbər xətti