ABŞ Hindistanı Rusiyadan S-400 Zenit Raket Sistemləri (ZRK) almaqdan imtina etməyə çağırıb.
APA-nın “Alman dalğasına” istinadən verdiyi məlumata görə, bu məsələ martın 20-də ABŞ müdafiə naziri Lloyd Ostininin Hindistana səfəri zamanı həmkarı Racnatx Sinqx ilə görüşdə müzakirə olunub.
Lloyd Ostin jurnalistlərə açıqlamasında deyib ki, Vaşinqton müttəfiqləri və tərəfdaşlarını təkidlə S-400 almaqdan çəkinməyə çağırır, əks təqdirə ABŞ-ın sanksiya tətbiq edəcəyi nəzərə çatdırılır.
Qeyd edə ki, Rusiya və Hindistan arasında S-400-lərlə bağlı müqavilə 2018-ci ildə imzalanıb. Müqavilənin dəyəri 800 milyon dollardır.