Türkiyədə zəlzələ olub

11:34 - 20 Mart 2021 - DÜNYA

Bu gün Türkiyənin şərqində 4,3 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı Ərzincan şəhərindən 36 km qərbdə, 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Xəbər xətti