Erməni nazir jurnalisti döydü - Video

23:49 - 18 Mart 2021 - DÜNYA

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan jurnalisti döyüb.

Axar.az xəbər verir ki, bununla bağlı görüntüləri erməni mətbuatı yayıb. Bildirilib ki, Arşakyan kafelərin birində arvadı ilə nahar edərkən jurnalist Paylak Fahradyan əlində kamera ilə onlara yaxınlaşıb və nazirə bir neçə sual verib.

Bir müddət sonra Arşakyan ikinci mərtəbəyə qalxaraq jurnalistin sifətinə zərbə vurub və noutbukunu sındırmaq istəyib.

Fahradyan daha sonra Feysbuk səhifəsində bildirib ki, Arşakyandan vaxtını niyə kafedə keçirdiyini soruşub. Nazir də gecələr işlədiyini və jurnalistdən kamerasını söndürməsini istədiyini deyib. Daha sonra isə onu təhdid edib.

Ermənistan Xüsusi İstintaq Xidməti nazirin jurnalistə hücumu ilə bağlı iş üzrə materiallar hazırlayır.

Xəbər xətti