İranda zəlzələ olub

15:32 - 18 Mart 2021 - DÜNYA

İranın Şimali Xorasan əyalətinin Şoğan şəhərində 4 bal gücündə zəlzələ olub.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universiteti Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanın ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində itki və dağıntının olub-olmadığına dair açıqlama yayılmayıb.

Xəbər xətti