Əsgərləri döyüş meydanında qoyub qaçan erməni komandir həbs olunub

14:23 - 18 Mart 2021 - DÜNYA

İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan əsgərləri döyüş meydanında qoyub qaçan erməni komandir həsb olunub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qondarma “Qarabağ ordusunun” komandirlərindən biri olan İ.Vahanyan əsgərlərin ölümündə, yaralanmasında, itkin və əsir düşməsində ittiham olunur. Rəsmi ittihama görə o, döyüş meydanından qaçıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə Ermənistan Silahlı Qüvvələrinin əsgər və zabitləri barəsində minlərlə cinayət işi açılıb.

Xəbər xətti