Koronavirus xəstəsinin ölümünə görə xəstəxana cərimələnib

07:59 - 18 Mart 2021 - DÜNYA

Rusiyanın Smolensk şəhər məhkəməsi koronavirus infeksiyasına yoluxmuş xəstənin səhv müalicə səbəbindən ölməsinə görə "Smolensk Regional Klinik Xəstəxanası"nı cərimələyib. APA xəbər verir ki, bu barədə Smolensk məhkəməsinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Cərimənin məbləği 150 000 rubl civarında olub. Məhkəmə prosesi zamanı qarşı tərəf ölüm faktını xəstədə bir sıra xroniki xəstəliklərin olması ilə izah etməyə çalışsa da, hakim bu dəlilləri qəbul etməyib. Qeyd edək ki, pandemiya başlayandan Smolensk bölgəsində koronavirusdan 680 nəfər ölüb, 27 mindən çox yoluxma hadisəsi qeydə alınıb.

Xəbər xətti