Rusiya ABŞ-dakı səfirini geri çağırdı

22:00 - 17 Mart 2021 - DÜNYA

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-Rusiya münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.

“Moskva Vaşinqtonla münasibətlərin pisləşməsinin qarşısını almaqda maraqlıdır”, - Zaxarova bildirib.

Xəbər xətti