ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

21:44 - 17 Mart 2021 - DÜNYA

ABŞ Ticarət Nazirliyi Aleksey Navalnının işi ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirir.

“RİA Novosti” xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.

Yeni sanksiyaların martın 18-dən etibarən qüvvəyə minəcəyi bildirilib.

Rəsmi Vaşinqton bəyan edib ki, bundan sonra Rusiyaya təcili humanitar yardım istisna olmaqla, heç bir sahədə köməklik göstərməyəcək.

Bununla yanaşı, ABŞ Rusiya ilə silah alqı-satqısını da tam olaraq qadağan edib. Yalnız sentyabrın 1-dək iki ölkə arasındakı kosmik əməkdaşlıq çərçivəsindəki əməliyyatlar istisna olunub.

Xəbər xətti