Rusiya Ukraynanın hava sərhədini pozdu

22:08 - 16 Mart 2021 - DÜNYA

Sumı vilayəti səmasında hava sərhədinin pozulmasına görə Rusiyadan izahat tələb edirik.

Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Qeyd edilir ki, bu gün Rusiyaya məxsus helikopterin 50 metr məsafədə Ukrayna hava məkanını pozması müəyyən edilib və dərhal Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinə məktub göndərib.

Rusiya helikopterinin Ukrayna hava məkanında uzun müddət qalmadığı da bildirilib.

Xəbər xətti