Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

21:42 - 16 Mart 2021 - DÜNYA

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 71 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 623 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 16 749 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 911 642 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 17 893 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 734 862 nəfər təşkil edir.

Xəbər xətti