ABŞ-da təyyarə avtomobilin üzərinə düşüb, ölənlər var

09:36 - 16 Mart 2021 - DÜNYA

ABŞ-ın Florida ştatının Pembrok-Payns şəhərində təyyarə qəzası baş verib.

APA “NBC” telekanalına istinadən xəbər verir ki, yüngül mühərrikli təyyarə avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində təyyarədə olan iki nəfər ölüb. Avtomobilin sürücü və içində olan uşaq yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Xəbər xətti