Rusiyada koronavirusdan ölənlərin sayı 92 mini ötdü

15:00 - 14 Mart 2021 - DÜNYA

Rusiyada son bir gündə daha 10 083 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 390 608 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 395 nəfər artaraq 92 090-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 995 129 nəfər sağalıb.

Xəbər xətti