"Çox ehtiyac duyduğumuz zamanlarda NATO üzvləri ..." - Çavuşoğludan S-400 AÇIQLAMASI

22:40 - 11 Mart 2021 - DÜNYA

Mütləq fərqli mənbələrdən müdafiə sistemləri alacağıq, almaq məcburiyyətindəyik.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türkiyə müdafiə sistemlərinə ehtiyac duyduğu zamanlarda NATO ölkələrindən bu sistemi almaq üçün səy göstərdi. Təəssüf ki, NATO ölkələri müxtəlif bəhanələrlə Türkiyəyə bir havadan müdafiə sistemi vermədi. Çox ehtiyac duyduğumuz zamanlarda NATO üzvləri Suriya sərhədində bir çox nöqtədən sistemləri geri çəkdi. Belə bir zamanda Rusiya ən yaxşı təklifi verdi və razılaşaraq S-400-ü aldıq”, - deyə XİN rəhbəri bildirib.///Axar.az

Xəbər xətti