"SpaceX" Starlink peykləri ilə raket buraxılışı təxirə salıb

08:58 - 10 Mart 2021 - DÜNYA

ABŞ-ın "SpaceX" şirkəti 60 "Starlink" mikro peyklərlə "Falcon 9" daşıyıcı raketin buraxılışını martın 11-nə təxirə saldı.

Trend-in məlumatına görə, bu barədə şirkəti öz "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, peyklərin əvvəlki buraxılışı "SpaceX" tərəfindən martın 4-də keçirilib.

Xəbər xətti