NASA Aya ilk qadın astronavtını göndərəcək

18:16 - 9 Mart 2021 - DÜNYA

ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) yaxın on ilə Aya ilk qadın astronavtı göndərməyi planlaşdırır.

Onun kimliyi, hələ ki, məlum deyil. Son astronavt 1972-ci ilin dekabrında Ayda olub. Təxminən yarım əsr sonra NASA insanları yenidən aya qaytarmağı planlaşdırır.

Ucnoqta.az unikal.org-a istinadən bildirir ki, yeni proqram Apollonun mifik əkiz bacısının şərəfinə "Artemis" adlandırılıb.

NASA-nın Aya ilk qadın astronavtı göndərməyi barədə məlumatı İdarənin Space Launch direktoru Charlie Blackwell-Thompson da təsdiqləyib.

 

Qeyd edək ki, bugünədək Artemis proqramının icrası, xərclərin çox olmasına görə təxirə salınıb.

Xəbər xətti