Mahaçqalada 20-dən çox insan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib

15:24 - 9 Mart 2021 - DÜNYA

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində 24 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə TASS-a Dağıstan Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, zəhərlənənlərin 22-si uşaqdır.

Nazirlikdən bildirilib ki, xəstələrin vəziyyəti yüngül və orta dərəcəli qiymətləndirilir, ağır hal yoxdur. Zəhərlənmənin səbəbləri araşdırılır.
Qeyd edək ki, bu, 2021-ci ildə Dağıstanda qeydə alınan dördüncü kütləvi zəhərlənmədir. Yanvar ayında Buynakskın 350-dən çox sakini həkimlərə müraciət edib. Fevralda Xunzax rayonunun Arani kəndinin və Kaspiysk şəhərinin sakinlərinin zəhərlənməsi (müvafiq olaraq 95 və 33 nəfər) hadisələri baş verib.///report

Xəbər xətti