Ata azyaşlı oğlunu öldürdü

09:51 - 9 Mart 2021 - DÜNYA

Moskvada ata beş yaşlı oğlunu öldürüb.

Bu barədə News.ru məlumat yayıb.

Moskvanın Proletarski prospektində yerləşən binada baş vermiş hadisə ilə bağlı bina sakinləri hüquq-mühafizə orqanlarına və təcili tibbi yardıma müraciət ediblər. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları azyaşlının həyatını xilas edə bilməyib. Aldığı kəllə-beyin travması uşaq üçün ölümcül olub.

Azyaşlının valideynlərinin ayrıldığı və həftə sonlarını atası ilə keçirdiyi qeyd olunur.

Faktla bağlı araşdırma başladılıb. ///oxu.az  

 

Xəbər xətti