Estoniyada bir aylıq sərt karantin tətbiq ediləcək

08:33 - 9 Mart 2021 - DÜNYA

Estoniya hökuməti COVID-19 virusunun Böyük Britaniya ştammının (B.1.1.7) geniş yayılmasına görə ölkədə sərt karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin baş naziri Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, 11 mart tarixindən qüvvəyə minəcək qərar bir ay davam edəcək.

Hökumətin qərarına əsasən, 11 martdan etibarən təhsil müəssisələrində xüsusi qayğıya ehtiyacı olan uşaqlar istisna olmaqla bütün şagirdlər distant formada təhsil alacaqlar. Məktəbəqədər uşaqların valideynlərinə zəruri hallarda uşaqlarını bağçaya aparmaları tövsiyə olunur.

Apteklər, ərzaq mağazaları və digər həyati vacib obyektlər xaricində bütün pərakəndə satış məntəqələri bağlanacaq. Malların paylanması yalnız küçədə təşkil edilə bilər. Bağlı yerlərdə idmanla məğul olmaq qadağan ediləcək.

Xəbər xətti