Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb

19:20 - 4 Mart 2021 - DÜNYA

Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə nazirinin müavini Viktor Lyaşko deyib.
O bildirib ki, virusun yeni növü Ukraynanın qərbindəki İvano-Frankovsk şəhərində aşkar edilib.

Qeyd edək ki, koronavirusun "Britaniya ştammı" daha sürətli yoluxma tempinə malikdir.
Bu günədək Avropanın 43 ölkəsində Britaniya, 26 ölkəsində CAR, 15 ölkəsində Braziliya ştamları qeydə alınıb.

Xəbər xətti