Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

23:38 - 21 Fevral 2021 - DÜNYA

Türkiyədə son 24 saat ərzində 101 105 nəfərdə COVID-19 testi keçirilib.

Ölkədə günlük yoluxma sayı 6 546 nəfər təşkil edib. 77 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 2 523 760 nəfərə çatdığı bildirilib.

Hazırda ölkə xəstəxanalarında 1185 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.

Xəbər xətti