Zərif ABŞ-la danışıqlara qayıtmaq şərtini açıqladı

15:24 - 21 Fevral 2021 - DÜNYA

Tehran sazişin bütün tərəflərinin öhdəliklərini yerinə yetirməyə başlamasından sonra Vaşinqtonla nüvə razılaşmasına dair danışıqlara başlamağa hazırdır.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
“İran danışıqlara tərəflər öz öhdəliklərini yerinə yetirməyə qayıdanda başlayacaq”, - “Press TV” onun sözlərini sitat gətirir. Diplomat əlavə edib ki, faktiki olaraq ABŞ hələlik öz siyasətini dəyişməyib. Zərif qeyd edib ki, nüvə razılaşmasına dəyişiklik edilməsi ilə bağlı danışıqlar olmayacaq.

Onun sözlərinə görə, Rusiya və Çin Avropa ölkələrindən fərqli olaraq, nüvə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməyə çalışırlar.

Xəbər xətti