Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun itkin düşən gizirinin şəhid olduğu məlum olub.
Müharibədə iştirak edən 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini, XTQ giziri Babək Səhman oğlu Namazovun şəhid olduğu müəyyənləşib.
B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb. Yaxınları uzun müddətdir ondan xəbərsiz idi.
Allah rəhmət eləsin!