Ucnoqta.az
www.ucnoqta.az

<b>İtkin düşən daha bir hərbçimizin şəhid olduğu məlum olub</b>

12:32 - 20 Fevral 2021 tarixində dərc olunub.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun itkin düşən gizirinin şəhid olduğu məlum olub.

Müharibədə iştirak edən 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini, XTQ giziri Babək Səhman oğlu Namazovun şəhid olduğu müəyyənləşib.

B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb. Yaxınları uzun müddətdir ondan xəbərsiz idi.

Allah rəhmət eləsin!

Müəllif: