ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək

08:20 - 20 Fevral 2021 - DÜNYA

ABŞ-da koronavirusdan ölən insanların ümumi sayı yaxın günlərdə 500 min nəfəri keçəcək.

Bu barədə ölkənin prezidenti Cozef Bayden bildirib.

"Bir neçə gün sonra 500 000 sayı keçəcəyik. Bu, İkinci Dünya Müharibəsində öldürülən amerikalıların sayından təxminən 70 000 çoxdur", - ABŞ rəhbəri Miçiqan ştatında “Pfizer” şirkətinin zavodunda çıxışı zamanı deyib.

ABŞ-ın beynəlxalq təşkilatların informasiyası, federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda pandemiyanın başlanğıcından koronavirusa 27,95 milyondan çox yoluxma qeydə alınıb, 495 015 insan ölüb. Ölkə hər iki göstərici üzrə dünyada birinci yerdədir. (“Report”)

Xəbər xətti