İranda zəlzələdə xəsarət alanların sayı 40 nəfəri ötüb

13:07 - 18 Fevral 2021 - DÜNYA

Ötən gün İranda baş vermiş zəlzələ nəticəsində ən azı 42 nəfər xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün “Gənc jurnalistlər klubu” agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, İranda 5,6 bal gücündə zəlzələ baş verib. İsfahan, Boyrəhməd və Kohqiluye yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib. 

Xəbər xətti