Bu ölkədə karantin rejimi uzadıldı

17:20 - 17 Fevral 2021 - DÜNYA

Ukrayna hökuməti ölkədə karantin rejimini aprelin 30-dək uzadır. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında səhiyyə naziri Maksım Stepanov bildirib. Nazirin təqdim etdiyi qərar layihəsində ölkə ərazisində fövqəladə vəziyyətin də müddətini aprelin 30-dək uzatmaq nəzərdə tutulur. Bununla yanaşı, ayrı-ayrı bölgələrdə vəziyyətə görə yerli məhdudiyyətlə tətbiq ediləcək.

Xəbər xətti