Ərdoğan Azərbaycana təşəkkür etdi

23:09 - 16 Fevral 2021 - DÜNYA

“UNESCO bu dəfə vəfatının 700-cü ili olması səbəbindən 2021-ci ili Yunus Əmrəyə həsr etdi”.

Bunu “Bizim Yunus” ilinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bu məsələdə ölkəsinə dəstək olan dövlətlərə təşəkkür etməyi unutmayıb:

“Dəstəyə görə Azərbaycan, Makedoniya və Bosniya və Herseqovinanın UNESCO-dakı təmsilçilərinə təşəkkür edirəm.
Yunus Əmrə və Türkçə ili çərçivəsində Prezident Administrasiyası himayəsində bir çox tədbirlər təşkil edəcəyik. Yunus Əmrənin ideyalarını dünyaya çatdırmağa çalışacağıq”.///qafqazinfo

Xəbər xətti