"Üç muşketyor"un Dartanyanı hospitala yerləşdirilib

14:54 - 16 Fevral 2021 - DÜNYA

Rusiyanın və keçmiş SSRİ-nin tanınmış artisti Mixail Boyarsk Sankt-Peterburqda hospitala yerləşdirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Larisa Luppian bildirib.

Artistin diaqnozu məlum deyil. Onun koronavirus testi təsdiq olunmayıb. Məlumata görə, Boyarsk 10 gün əvvəl COVID-19-a qarşı peyvənd olunub.

“Ola bilsin damarın reaksiyasıdır. Bəlkə evə buraxacaqlar. Həkimlərin qərarını gözləyirəm”, - L.Luppian deyib.

Bildirilib ki, Boyarski özünü yaxşı hiss edir.

Xəbər xətti