ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

18:24 - 15 Fevral 2021 - DÜNYA

ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumatı nazirlik yayıb.

Buna səbəb İraqın Qara bölgəsində baş verən son olaylardır.

"ABŞ-ın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq PKK-ın törətdiyi qətliamla bağlı Dövlət Departamentinin açıqlamasında əksini tapan fikirlərə etiraz sərt şəkildə onun diqqətinə çatdırılıb", nazirlikdən bildirilib.///report

Xəbər xətti