“Mağaradan 13 günahsızın cəsədini aşkarladıq” - Hulusi Akar

13:40 - 14 Fevral 2021 - DÜNYA

“Türkiyə Silahlı Qüvvələrinin (TSK) İiraqın şimalında yerləşən Qara bölgəsində terrorçulara qarşı başlatdığı “Pençe Kartal-2” əməliyyatında 3-ü “yüksək səviyyəli səlahiyyətli”lər olmaqla 48 terrorçu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirlib”.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar “Pençe Kartal-2” Hərəkatı haqqında açıqlama verərkən bildirib.
H.Akar deyib ki, TSK-nın hərbi əməliyyatları zamanı terrorçuların sığındığı mağaradan 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.

“Beləcə terrorçuların xain və qatil üzü ilə bir daha sübut edildi” deyə nazir bildirib.

Xəbər xətti