Gürcüstanda koronavirusa yoluxanların sayı 265 mini ötüb

11:33 - 13 Fevral 2021 - DÜNYA

Gürcüstanda ötən sutkada daha 535 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 7 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 265 200-ə, xəstəlikdən ölənlərin sayı isə 3 343-ə çatıb.

Son 24 saat ərzində sağalanların sayı isə 757 nəfər artaraq 257 441-ə yüksəlib.

Xəbər xətti