Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 12:30 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti daha ağırdır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.///Apa