Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - <font color=red><b>Foto</b></font>

12:57 - 12 Fevral 2021 tarixində dərc olunub.

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 12:30 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti daha ağırdır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.///Apa

Müəllif: