Türkiyədə COVID-19-dan 94 nəfər ölüb

22:23 - 11 Fevral 2021 - DÜNYA

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 94 nəfər ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 590 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 811, ağır xəstələr isə 1 256 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 564 427 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 453 096 nəfər sağalıb, 27 187 nəfər isə ölüb.

Xəbər xətti