İraqda Türkiyənin daha bir hərbçisi şəhid olub

12:31 - 11 Fevral 2021 - DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Qara bölgəsində həyata keçirdiyi “Pəncə Qartal-2” adlı antiterror əməliyyatları zamanı yaralanan kapitan Ertuğ Güler şəhid olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumatı yayıb.

O, fevralın 10-da terrorçularla qarşıdurma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən gün eyni bölgədə baş verən döyüşlərdə Türkiyənin 2 hərbçisi şəhid olmuşdu.///report

 


Xəbər xətti