Türkiyədə son bir gündə koronavirusdan 95 nəfər vəfat edib

23:13 - 10 Fevral 2021 - DÜNYA

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 95 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8642 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7903, ağır xəstələr isə 1308 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 556 837 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 445 285 nəfər sağalıb, 27 093 nəfər isə dünyasını dəyişib.

Xəbər xətti