Rusiyada iki azyaşlı qız binanın 16-cı mərtəbəsindən özünü atıb

13:08 - 10 Fevral 2021 - DÜNYA

Rusiyanın Samara şəhərində altıncı sinif şagirdi olan iki qız binanın 16-cı mərtəbəsindən özünü atıb.

Bu barədə “Life Shot” “ Telegram” kanalı xəbər yayıb.
Bildirilir ki, 12 yaşlarında olan qızlar ölümlərindən əvvəl valideynlərinə SMS yollayıblar.

Agentlik mənbəyə istinadən bildirib ki, müstəntiqlər uşaqların sosial şəbəkədə qruplardan birinə qoşulduğunu düşünür.
Ölən altıncı sinif şagirdlərinin valideynləri polisə qızların sosial şəbəkələrdə “Harri Potterlə əlaqəli” qrupda olduqlarını deyiblər. Orada onlara bəzi tapşırıqlar verilib. Ancaq valideynlər qoyulan tapşırıqlar zərərsiz olduğu üçün qızlarının hobbisinə əhəmiyyət verməyiblər.

Faciədən əvvəl məktəbli qızlardan biri anasına mesaj yollayıb, onu çox sevdiyini yazıb və əşyalarını 17-ci mərtəbədən götürməsini istəyib.
Həmçinin məktəblilər ölümqabağı video çəkərək digər rəfiqələrinə yollayıblar.

Qızların ikisi də əlaçı olub, olimpiadalara qatılıb. Hər ikisi də təminatlı ailədən olub.///oxu.az

Xəbər xətti