Rusiyanın Saratov əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə fevralın 7-də “Bazarnıy Karabulak – Vyazovka” trasının 20-ci kilometrliyində qeydə alınıb. Bu barədə “RenTV” məlumat yayıb.
Məlumata görə, "Volqa 3110" və "Cherry" markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Bildirilir ki, onlardan 3-ü aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat ediblər, daha 4 nəfər isə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdrılıblar.
Hüquq-mühafizə orqanları trəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev