Ucnoqta.az
www.ucnoqta.az

<b>Rusiyada ağır yol qəzası;<font color=red> 3 ölü, 4 yaralı</font></b>

16:17 - 7 Fevral 2021 tarixində dərc olunub.

Rusiyanın Saratov əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə fevralın 7-də “Bazarnıy Karabulak – Vyazovka” trasının 20-ci kilometrliyində qeydə alınıb. Bu barədə “RenTV” məlumat yayıb.

Məlumata görə, "Volqa 3110" və "Cherry" markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Bildirilir ki, onlardan 3-ü aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat ediblər, daha 4 nəfər isə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdrılıblar.

Hüquq-mühafizə orqanları trəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Müəllif: