ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 119 931 yoluxma halı qeydə alınıb, 4941 nəfər vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 26,6 milyondan çox yoluxma qeydə alınıb.
ABŞ-da indiyədək COVID-19-dan ölənlərin sayı 455 mindən çoxdur.